Gəncədən növbəti hümanitar yardım Türkiyəyə yola salındı

 22:10 17.02.2023     193

Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım məqsədilə Gəncə şəhərindən növbəti humanitar yardım yola salınıb.

Redaktor.az xəbər verir ki, bu gün daha 1 yük maşını hümanitar yardım qardaş ölkəyə göndərilib.

Qardaş ölkəyə göndərilən hümanitar yardım yol şəraiti nəzərə alınaraq qısa zamanda təyin edilən ünvana çatdırılacaq.

Yardımlar içərisində uşaq bezləri, uşaq yeməkləri, istilik vasitələri, isti paltarlar və digər zəruri əşyalar var.

Qeyd edək ki, zəlzələdən zərər çəkmiş şəxslər üçün yardım kampaniyası növbəti günlərdə də davam edəcək.