Ağsuda şəhidin doğum günü qeyd edildi - FOTO

 22:34 17.02.2023     222

Fevralın 17-də Ağsuda Vətənimizin ərazi bütövlüyü uğrunda qəhramancasına döyüşərək canından keçən igidlərimizdən biri olan şəhid Fətəlizadə Rüfət Nazim oğlunun doğum günü  qeyd edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Fətəlizadə Rüfət Nazim oğlunun Ağsu rayonu Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Rüfət Fətəlizadənin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tunar Altunbay

22222222