Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi
Rusiya ordusunun Şərq Hərbi Dairəsinin komandiri Rüstəm Muradova general-polkovnik rütbəsi verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qərb Hərbi Dairəsinin komandiri Yevgeni Nikiforov da general-polkovnik rütbəsi ilə təltif olunub.
Bundan əvvəl general-leytenant rütbəsi daşıyan Rüstəm Muradov ötən il Şərq Hərbi Dairəsinin komandiri təyin olunub.
Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.