Sabahın havası AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.