"Ağalı kəndinə daha 20 ailə köçürüləcək" - Prezidentin xüsusi nümayəndəsi
Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.
Redaktor.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb.