"Angus" cinsindən olan iribuynuzlu heyvanların sayı artırılacaq
Zəngilandakı "Angus" cinsindən olan iribuynuzlu heyvanların sayının 10 minə çatdırılması planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
V. Hacıyev vurğulayıb ki, hazırda Zəngilanda bu cinsdən olan heyvanların sayı 3 500 baş təşkil edir.
Onun sozlərinə gorə, investorların marağı tək heyvandarlıq sahəsi ilə məhdudlaşmır:
"Digər sahələrə də investorlar öz maraqlarını göstərirlər".
Qeyd edək ki, “Anqus” ət istehsalında geniş istifadə olunan iribuynuzlu heyvan cinsidir. Bu cins Şotlandiyanın Aberdinşir və Anqus bölgələrində yaşayan mal-qaranın mələzləşdirilməsi yolu ilə əldə edilib və dünyanın bir çox yerində “Aberdin Anqus” kimi tanınır.