"Şərurlu" İsfəndiyar: ""Koka- Kola"dan xəbərim yoxdur..."

Tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus "Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilməsi barədə xəbər yayılıb.
Məlumatda bildirirlir ki, bu dəfə iddiaçı "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə müqavilədən doğan mübahisələrdir.
Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə detallı məlumat yoxdur.
Məsələ ilə bağlı Redaktor.az-a danışan İsfəndiyar Axundovun cavabı qısa oldu:
""Koka-Kola" neynəyib, kimi məhkəməyə verib, xəbərim yoxdur"
Tunar Altunbay