Niderland rus diplomatları ölkədən qovur

 21:49 18.02.2023     372

Niderland ölkədəki Rusiya diplomatlarının sayını məhdudlaşdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, ölkə Sankt-Peterburqdakı konsulluğunu və Amsterdamdakı Rusiya ticarət nümayəndəliyini bağlayacaq.

Nazirlik bəzi rus diplomatların iki həftə ərzində Niderlandı tərk etməli olduğunu bəyan edib.

“Rusiya diplomatiya pərdəsi altında gizli şəkildə kəşfiyyat agentlərini Niderlanda köçürməyə cəhd etməkdə davam edir. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməməlityik”, - deyə xarici işlər naziri Vopke Hoekstra bildirib.