Terrorçunu zərərsizləşdirən Vasif bu Xalq artistinin yaxın qohumu imiş - FOTO

 00:36 19.02.2023     438

Yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı böyük fəlakətin qarşısını qəhrəmancasına alaraq bütün dünyada adından söz etdirən mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyedən xəbər var.

Redaktor.az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova Milli.Az-a dediyinə görə, Vasif onun doğmaca dayısı nəvəsidir.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb.