Dövlət Komitəsində struktur dəyişikliyi oldu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişikliyi olub.
Qurumdan Redaktor.az-a verilən xəbərə görə, Komitənin Təhlil və proqnozlaşdırma şöbəsi sektora çevrilib. Sektora Tural Əliyev müdir təyin olunub.
Bundan əlavə, Komitədə yeni Dini təhsil şöbəsi yaradılıb. Şöbəyə keçmiş Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova müdir təyin edilib.