Nuridə Allahyarova işdən çıxarıldı

 18:43 20.02.2023     390

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, nazirliyin yeni rəhbərliyi həmin posta yeni kadr axtarmağa başlayıb.

Məlumata görə, N.Allahyarovanın işdən çıxarılması ilə bağlı hələlik rəsmi əmr yoxdur. O, nazirliklə yollarının ayrılacağını dəqiqləşdirdikdən sonra öz hesabına 3 aylıq məzuniyyət götürüb.

Məsələni dəqiqləşdirmək üçün N.Allahyarova ilə danışmaq cəhdləri baş tutmayıb, o heç bir zəngə cavab verməyib.

Nazirlikdən alınan məlumatda isə bildirilib ki, o, hazırda öz xidməti otağındadır, lakin sabahdan işdə olmayacaq.

Qeyd edək ki, N.Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə nazirlikdə vəzifəyə təyin olunmuşdu.

Anar Kərimov dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib (bakupost).