Vəziyyəti pisləşən Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

 11:40 21.02.2023     219

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

Redaktor.az “Unikal”a istinadla xəbər verir ki, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.