“Azərişıq” Masazırda yeni elektrik şəbəkəsi qurur

 12:08 21.02.2023     224

“Azərişıq” ASC Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə yeni elektrik şəbəkəsi qurur.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilir ki, işlər çərçivəsində 1 kilometrdən çox 10 kV-luq, 4 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək, müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.

Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Abşeron rayonunun Çaylı kəndində isə yenidənqurma işləri davam etdirilir.