Türkiyəyə göndərdiyimiz humanitar yardımın həcmi AÇIQLANDI
Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter hesabında paylaşım edib.
XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.
Bu məbləğdə hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maddi yardım öz əksini tapıb.
Təqdim olunan siyahıda isə fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.