Naxçıvan televiziyasının yayımı bərpa olundu

Naxçıvan televiziyasının muxtar respublika ərazisində yayımı bərpa olunub.
Redaktor.az report-a istinadla xəbər verir ki, aparılan yenidənqurma və texniki təkmilləşdirmə işləri ilə əlaqədar Naxçıvan televiziyası və yerli digər telekanallar bundan sonra yalnız 36-cı kanal üzərindən HD formatda yayımını davam etdirəcək.
41-ci kanaldan yayım dayandırılıb.