Şahin Əliyev rəis vəzifəsindən çıxarıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Şahin Əliyev vəzifəsindən ayrılıb.
Redaktor.az xəbər verir ki, o, nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Samir Rəsulova həvalə edilib.
ETX-dən “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.