"Azərsu" rəhbərliyi Kürdəmirdə vətəndaşları qəbul etdi
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov fevralın 22-də Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Redaktor.az-a ASC-dən bildirilib.
Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçirilən qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından 33 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.