Britaniyalı nazir Şəhidlər Xiyabanında - FOTO

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.
"Cənab nazir Leo Dokerti ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik", - deyə qeyd edilib.
Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir.