Əməkdar rəssam vəfat etdi
Azərbaycanın əməkdar rəssamı Ağasaleh Nuriyev vəfat edib.
Redaktor.az xəbər verir ki, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam adına layiq görülüb.