Vado Korovin "Space"in bədii rəhbərini işdən çıxardı

"Space" TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.
Redaktor.az xəbər verir ki, 2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.
İman Məcidov "axşam.az"a açıqlamasında xəbəri təsdiqləyib:
“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə, mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik".
Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.