"Azəriqaz"ın “Səyyar qəbul otağı” Kürdəmirdə quruldu - FOTO

 14:58 23.02.2023     1064

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

Redaktor.az xəbər verir ki, aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub.

Arzum Sultanov, Dilbər Əhmədova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı olub.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən