Vardanyanın yerinə gətirilən “Sorosun adamı” KİMDİR...
Xəbər verdiyimiz kimi, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib.
Redaktor.az modern.az-a istinadən bildirir ki, Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bu günə qədər separatçıların "baş prokuroru vəzifəsində" işləyib.
Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun "Sorosun adamı" olması ilə əlaqələndirilir.
Qeyd edək ki, bu gün Ermənistan mətbuatında Nersisyanın İrəvana gedərək Paşinyandan "yeni vəzifəyə" keçməsi üçün razılıq alması barədə məlumatlar yayılmışdı