Vardanyan danışdı: “Səhvlərim olub, bağışlayın…”

 23:59 23.02.2023     265

Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-tökütnülərinin “dövlət nazir” vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan cəmi 112 gün “davam gətirə” bildi. Azərbaycanın təzyiqi ilə bu gün “vəzifəsindən” azad edilən Ruben Vardanyan “istefaya göndərilməsi mərasimində” çıxış da edib.

Redaktor.az xəbər verir ki, baş separatçı-terrorçu Araik Arutyunyanın qərarı elan etməsindən sonra danışan Ruben Vardanyan böyük çıxışında patriotluqdan, mübarizədən, “sinə gərməkdən” danışıb.

Ən maraqlısı isə onun pafoslu, yalançı vətənpərvərliyə bürünən çıxışında etdiyi etiraflar və mesajlardır.

O, bundan sonra da Qarabağda qalacağı, burda işləyəcəyini deyib, həmçinin Araiklə ziddiyyətləri olduğunu da etiraf edib. Bildirib ki, həqiqətən də müxtəlif yanaşmalarda ziddiyyətlərimiz var, ancaq buna baxmayaraq, “bizdə heç kimin keçməməli olduğu “qırmızı xətlər” mövcuddur”.

Ruben “vəzifədən alınmasının” ona təsirinə də toxunub, vurğulayıb ki, Qarabağa gələndə ona vəzifə təklif edilərkən, guya tərəddüd də edib, ancaq ümumi vəziyyətə görə razılaşıb:

“Bu baxımdan hansısa vəzifəni qəbul etmək və ya təhvil vermək, ola bilsin, asandır. Biz müharibə şəraitindəyik və bu istiqamətdə mübarizə aparmalıyıq. Hesab edirəm ki, mənim mübarizəm hansısa formada bu çətinlikləri birgə keçməyimizə yardım etdi”.

 

Ruben Vardanyan dolayısı ilə “istefa” təklif edildiyinə, ancaq bunu qəbul etmədiyinə də işarə edib:

 

“Birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər.

Həm də kənardan təzyiq həddən artıq böyük idi. Arutyunyanda informasiya daha çoxdur və o, situasiyanı bilir”.

O, Qarabağda qalmaması üçün təzyiq olunduğunu, ancaq nəinki gedəcəyini, hətta Qarabağsız özünü təsəvvür etmədiyini də bildirib. Qeyd edib ki, layihələri var və onları davam etdirəcək:

“Biz səylərimizi davam etdirəcəyik və böyük iş görəcəyik ki, mümkün qədər çox erməni Qarabağa gəlsin.

Mən özüm bilirəm ki, kamil lider deyildim, səhvlər etmişəm, amma 112 gündə səmimi idim, vətənpərvər idim”.

Ruben səhvlərinə görə bağışlanacağına ümid etdiyini bildirib (axar.az).