Şuşaya güclü qar yağıb

Şuşaya güclü qar yağıb.
Redaktor.az "report"a istinadla xəbər verir ki, fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü hazırda 6-7 santimetrə çatıb.
Qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülür.
Havanın temperaturu mənfi 5 dərəcədir.