Bəzi yollarda sürət həddi endirildi

 11:24 24.02.2023     3157

Hava şəraiti ilə əlaqədar bəzi küçə və şosselərdə sürət həddi endirilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.