"Bakı qeydiyyatı olmayanlara deyirlər ki, rayona qayıdın" - Fazil Mustafadan sərt REAKSİYA

 11:35 24.02.2023     2408

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Azərbaycanda vətəndaşların qeydiyyat problemindən danışıb.

Redaktor.az-ın məlumatına görə, millət vəkili bildirib ki, vətəndaşların Bakıda qeydiyyata alınması ilə bağlı problemlər var.

“Rayondan gələn vətəndaşlara bildirilir ki, qeydiyyata alınmırsa, rayona qayıtmalıdır. Bu olduqca ciddi problemdir. Deyirlər ki, vətəndaşın Bakıda qohumu varsa, ora qeydiyyata alınsın. Əgər 10 nəfər Bakıda qohumunun evində qeydiyyata alınırsa, gələcəkdə məhkəməyə qədər gedib çıxan problemlər yaradacaq. Qohumlarının evində qeydiyyat edirlərsə, bu, müvəqqəti ola bilər" - deyən F.Mustafa qeyd edib ki, "biz qayıdışdan danışırıq, amma bu, ciddi problemdir":

"Şəxsən mənim deputat kimi prosesdən xəbərim yoxdur ki, necə aparılır. Ona görə də bunu müzakirə etməli, problemi həll etməliyik”.

Deputatın çıxışının videosunu təqdim edirik:

T.İSMAYIL