"Azəriqaz"a təzyiq və qazın olmaması barədə müraciət daxil olmayıb - Xalidə Şimşək
"Havaların soyuq olması ilə əlaqədar olaraq, hava şəraitini və zənglərin çox olacağını nəzərə alıb bu gün 25 operator və 5 ehtiyat işə çıxarılıb".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin əsas binasında bu gün keçirilən "Açıq qapı" aksiyasında "104 Çağrı mərkəzi"nin rəisi Xalidə Şimşək deyib.
Onun sözlərinə görə, gecədən bəri 700 zəng daxil olub:
"700 zəngdən 276-sı qaz sərfiyyatının, qaz borcunu ödəməyən vətəndaşların problemləri ilə bağlıdır. Bundan əlavə sızma ilə bağlı zənglər də var. Çox sevindirici haldır ki, 700 zəngdən heç bir nə təzyiq, nə də qaz olmaması ilə bağlı müraciət yoxdur".
Həmidə İbrahimova