Parlament insan hüquqları ilə bağlı sənədi TƏSDİQLƏDİ
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolu təsdiqlənib.
Redaktor.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra səsvermədə qəbul olunub.