"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik III oxunuşda təsdiqləndi
Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişik layihələrini III oxunuşda qəbul edib.
Redaktor.az xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qanuna təklif edilən dəyişikliklə dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir. Dəyişikliyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qəran ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçulan rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.
Daha bir dəyişiklik Azərbaycanda dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlıdır. Belə ki, dəyişikliklə qanuna yeni - Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
Dövlət qulluqçulan reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.
Daha bir təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda 5 ildən az qulluq keçən dövlət qulluqçularına rotasiya qaydası tətbiq olunmayacaq.
Həmçinin dəyişiklik layihələrindən biri dövlət qulluqçularının irəli çəkilməsi zamanı rotasiya olunmuş şəxslərə üstünlük verilməsi ilə bağlıdır. Belə ki, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir .Rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük veriləcək.
Eyni zamanda rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.
Bundan başqa, dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdınlır. Dövlət qulluqçulanının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq (report).