Bayıldan "Azneft" meydanı istiqamətində hərəkərt dayandı - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakının mərkəzi yollarında tıxac yaranıb.
Redaktor.az xəbər verir ki, paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Xüsusən Bayıldan "Azneft" meydanı istiqamətində hərəkət 1 saata yaxın dayanıb. Tıxacın səbəbi hələlik məlum deyil.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, paytaxt yollarının bağlı olmasının xüsusi səbəbi yoxdur.
"Bayıl- Azneft istiqamətində ola bilsin ki, tıxac müvəqqəti nəyə görəsə uzun çəkib, amma yol bağlı deyil",- deyə qurum rəsmisi qeyd etdi.
Həmidə İbrahimova