"Elektrik stansiyaları özəlləşdirilməlidir" - Deputat
“Elektrik stansiyaları özəlləşdirilməyə çıxarılmalıdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Son illər 34 elektrik stansiyasının tikildiyini xatırladan Qüdrət Həsənquliyev deyib ki, əgər dövlət bu sahədə rəqabət istəyirsə, özəlləşməyə getməlidir: “Bir məqama da diqqət çəkmək istəyirəm. Bakı ətrafında həyət evlərində Günəş panellərinə rast gəlirikmi? Bir evin Günəş panelləri ilə təmin olunması üçün 25 min manat lazımdır. Bu, kifayət qədər böyük rəqəmdir, ona görə də vətəndaşlar Günəş panellərinin quraşdırılmasına xərc çəkmirlər. Dövlət bu sahədə stimullaşdırıcı rolu öz üzərinə götürməlidir”.