"Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü" - XİN başçısı

 17:30 24.02.2023     363

"Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü".

Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir vurğulayıb ki, Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər kəsi sarsıdıb:

"Ölkəmizdə elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim. Orada zəlzələnin nəticələrini görmək çox ağırdır. Bütün bu faciəyə rəğmən həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq”.