Qobustanda "Açıq mikrofon" aksiyasında "Azəriqaz"a 8 müraciət ünvanlandı - FOTO

"Azəriqaz"" İstehsalat Birliyinin "Səyyar qəbul otağı" həftənin cümə günü Qobustan rayonunda təşkil olunub.
Redaktor.az xəbər verir ki, aksiyada 8 müraciət ünvanlanıb.
Nüsrət Rəhimovla İldırım İsayevin timsalında daha 2 nəfərin istəyi qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Səslənən digər müraciətlərin məğzinə gəlincə, bunlar qeyri-yaşayış sahəsinin, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub.
"Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.



