DTX Abramyanın dəstəsini belə ifşa etdi - VİDEO
İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.
Redaktor.az xəbər verir ki, sənədli filmdə ermənilər tərəfindən yaradılmış “Henoket” analitik mərkəzi barədə məlumat verilib.
DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.
Məlumata görə, sözügedən mərkəz Tiqran Abramyan tərəfindən yaradılıb. O, qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyib.
DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edib. Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa cəhd götərib, əsasən, milli etnik azlıqlara üstünlük verib.
Bu hal nəzərə alınaraq əməliyyat keçirilib. Belə ki, DTX ölkəmizdə yaşayan etnik azlıq nümayəndəsi obrazı yaradaq onunla əlaqəyə keçib. O, yaradılan obrazla əlaqə quraraq çalışırıb ki, müxtəlif hərbi hissələrdə özünə mövqelər yaratsın. Həmin şəxslərin məqsədi pul müqabilində Azərbaycan haqqında məlumatlar toplamaqdan ibarət olub.
Filmi təqdim edirik: