"Cananə"yə aşiq olan erməni agenti -  DTX səs yazısı və görüntüləri yaydı

 10:13 25.02.2023     539

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Redaktor.az-ın məlumatına görə, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Belə ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

Arustamyan Cananə şərti adı olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır. Daha sonra Arustamyan "Cananə"yə aşiq olur və özü haqqında bir çox şeyi ona etiraf edir. O, hətta kimliyini isbat etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də "Cananə"yə göndərir.

“Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də yer alıb.