İcra başçısının müavini təqaüdə yola salındı - FOTO

 15:39 25.02.2023     285

Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Turani Əliyev yaş həddi ilə bağlı təqaüdə yola salınıb.

Redaktor.az xəbər verir ki, dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Turani Həndəm oğlu Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, 2006-cı ilin aprelin 24-dən 2006-cı ilin noyabrın 7-dək Göygöl RİH başçısının Aqrar məsələlər üzrə başçının müavini, 2006-cı ilin noyabrın 7-dən hazıradək RİH başçısının birinci müavini vəzifəsində çalışıb.

Eyni zamanda T.Əliyev 2020-ci ilin mayın 22-dən 2022-ci ilin iyulun 25-dək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edib.

O, həmçinin 2010-2022-ci illərdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində işləyib.

222