Aydın Canıyev azadlığa çıxdı

 22:55 25.02.2023     408

Jurnalist Aydın Canıyev azadlığa buraxılıb.

Redaktor.az xəbər verir ki, bu gün onun 30 sutkalıq inzibati qaydada həbs müddəti bitib.

Qeyd edək ki, "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş Prokurorluğa müraciət etmişdi.

A.Canıyev 26 yanvar 2023-cü ildə məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası almışdı.