Bu gün Azərbaycanda 1 DƏQİQƏLİK SÜKUT OLACAQ

Bu gün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Redaktor.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ölkə ərazisindəki avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılacaq.
Xatırladaq ki, bu gün Xocalı soyqırımının törədilməsindən 31 il ötür.