Sülhməramlıların maşını aksiya yerindən maneəsiz keçdi

 10:37 26.02.2023     383

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Redaktor.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.