Şeyx İrandakı səfirliyimizə terror hücumundan DANIŞDI

 11:17 26.02.2023     353

“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib ki, bununla bağlı yazılı bəyanat verilib və orada hər şey aydın yazılıb.

Xatırladaq ki, bu il yanvarın 27-si səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.