DYP-dən sürücülərə XƏBƏRDARLIQ - YENİLƏNİB
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
İdarədən Redaktor.az-a daxil olan məlumatda deyilir:
“Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.
***
“Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz budur ki, ara məsafəsinə, sürət həddinə diqqət yetirsinlər. Ən vacib olan budur”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür: “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmalğı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!