Sülhməramlıların 24 maşını Laçın yolundan KEÇDİ
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası artıq 78 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
Redaktor.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 3 minik, 21 təminat-təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.