“Azərtac”ın keçmiş əməkdaşı intihara cəhd etdi - FOTO
“Azərtac”-ın keçmiş əməkdaşı Aygün Əliyeva intihar edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər.
Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb.
O, bir neçə saat əvvəl "Facebook" hesabında intihar edəcəyi barədə paylaşım edib.