Prezident bu sənədləri TƏSDİQ ETDİ
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Sənəd 2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə Toplantısı zamanı imzalanıb.
Bundan əlavə, “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.
Qeyd edək ki, protokol 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.