"Azəriqaz" Gəncə sahibkarları ilə görüşəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.
Aksiya Gülüstan qəsəbəsi, Əziz Əliyev adına Parkda baş tutacaq.
“Səyyar qəbul otağı” martın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.