"Azəriqaz"ın “Açıq mikrofon”u bu dəfə Göygöldə quruldu - FOTO

SOCAR "Azəriqaz” İstehsalat Birliyinn bölgələrdə keçirdiyi "Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.
Redaktor.az xəbər verir ki, "Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib.
Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR "Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar.
Hacıməlik kənd sakinin müraciəti isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.