Jurnalist Ellada Mustafayeva vəfat edib

 09:16 28.02.2023     284

Jurnalist, media üzrə mütəxəssis Ellada Mustafayeva vəfat edib.

Modern.az xəbər verir ki, 34 yaşlı jurnalist xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, o, uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Son illərdə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron Təhlükəsizlik Xidmətində çalışıb.

Allah rəhmət eləsin!