Qaz sayğacına məftillə müdaxilə AŞKARLANDI - VİDEO

 10:40 28.02.2023     1876

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adilxan Acalova məxsus fərdi yaşayış evində qaz sayğacına müdaxilə aşkar edilib.

Bu barədə Redaktor.az-a "Azəriqaz" istehsalat Birliyindən xəbər verilib.

Məlumatda bildirilir ki, ilk baxışda sayğac normal çalışır və heç bir problem yaşanmır.

"Əksinə adıçəkilən abonentin sayğaca qanunsuz  müdaxiləsi SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun işini bir qədər də artırmış olub. Fərdi yaşayış evində qazın təzyiqi normaldır və istilik sistemləri lazımi səviyyədə çalışır. Ancaq sayğac qazın sərfiyyatını qeydə almır.

Qanunsuz müdaxiləyə məruz qalan sayğac yenisi ilə əvəz olunaraq laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə göndərilib. Metrologiya Departamentində abonentin nümayəndəsinin iştirakı ilə ilk olaraq sayğaca vizual baxış keçirilib. Daha sonra kamera vasitəsilə sayğacın daxili yoxlanılıb. Nəticədə müdaxilə faktı təsdiqlənərək abonentin nümayəndəsinin razılığı ilə aktlaşdırılıb. Bir daha  SOCAR “Azəriqaz” İB olaraq abonentləri qaz təchizatına kənar müdaxilə hallarından uzaq durmağa çağırırıq",- deyə məlumatda qeyd olunub.