Naxçıvanda yüksək vəzifəli məmur işdən çıxarıldı
Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, quruma rəhbərlik səlahiyyəti müvəqqəti olaraq sədr müavini Qəzənfər Şıxəliyevə həvalə olunub.
Qeyd edək ki, Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə 2020-ci il martın 6-da təyin edilmişdi.