Tanınmış aparıcı “Space”dən GETDİ

Tanınmış teleaparıcı Elçin Əlibəyli Space TV-dən ayrılıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
E.Əlibəyli bundan sonra Kanal S-də "Elə çarə" verilişinin aparıcılığını edəcəyini bildirib: "Məkan və zaman dəyişdi, məzmun və hədəflər eynidir".
Qeyd edək ki, Müşfiq Hətəmovun bu yaxınlarda “Space”in rəhbərliyindən getməsi bir sıra jurnalistlərin ard-arda telekanalı tərk etməsilə nəticələnib.